Sumqayıtda karantin qaydalarına zidd fəaliyyət göstərən masaj salonu aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda karantin qaydalarına zidd fəaliyyət göstərən masaj salonu aşkarlandı

Hadisə

10 Avqust 2021 22:22 1087


Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının Sumqayıtda keçirdiyi reyd zamanı dördüncü məhəllə ərazisində yerləşən “Seragen” adlı masaj salonunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, həmin ünvanda iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub.

Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən dörd qadın və bir kişini aşkarlayıblar. Dördpendirli pizza

Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, hər biri 200 manat məbləğində cərimə ediliblər.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin müdiri Zülfiyyə Əliyeva isə inzibati məsuliyyətə cəlb edilərək dörd min manat cərimələnib.

Təşkil edilən reyd zamanı şəhərin Hacı Zeynalabdin qəsəbəsində isə Xətai küçəsində yerləşən “Dostluq” kafesində karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edildiyi məlum olub.

Obyektin sahibi Elşad Hacıyev, icarədarı Sərhəd Allahverdiyev və müştəri Nəbi Məmmədov saxlanılaraq inzibati məsuliyyətə cəlb olunaraq cərimə ediliblər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!