Sumqayıtda kişini döyüb pulunu alan şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda kişini döyüb pulunu alan şəxslər tutuldu

Kriminal

14 İyul 2022 11:06 881


Sumqayıtda quldurluq olub. 

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə iyulun 13-də 2 nəfərin şəhər sakini R.Quliyevi döyüb içərisində pulu olan cüzdanını və mobil telefonunu talamaları barədə müraciət daxil olub. pizza sifarişi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş H.Hüseynov və M.Nəcəfov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!