Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb.
Qəza nəticəsində "Mercedes Vito" markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Məmmədov Natiq Bilal oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Pepperoni pizza
Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız