Sumqayıtda mopedlə qəzada ölən şəxs görün kim imiş...

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda mopedlə qəzada ölən şəxs görün kim imiş...

Hadisə

25 Dekabr 2023 08:52 4907


Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı ölən moped sürücüsü cüdo üzrə Dünya və Avropa mükafatçısı imiş.

“Yeni Sabah” baku.tv-yə istinadən xəbər verir ki, ötən gün 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb.

Sürücü aldığı yaralardan hadisə yerində keçinib. Toyuqlu pizza

Mərhumun bacısı Lamiyə Bağırovanın sözlərinə görə, hadisəyə səbəb küləyin güclənməsi olub:

"Qardaşımın heç bir sağlamlıq problemi olmayıb. Müxtəlif illərdə Dünya və Avropa çempionatının fəxri kürsülərində yer alıb".

F.Bağırovun iş yoldaşı, baş məşqçi Yengivar Əliyev bildirib ki, tələbəsinin yarışısı izləmək üçün gəlirmiş:

"Onun tələbələri Sumqayıt şəhər birinciliyində mükafatçı oldu. Lakin o bu günü görmədi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!