Sumqayıtda qadın qətlə yetirildi, anası isə ağır yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda qadın qətlə yetirildi, anası isə ağır yaralandı

Kriminal

05 Sentyabr 2020 00:17 846


Sumqayıtda qətl hadisəsi törədilib.

Yenisabah.az xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib. 

Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.  Toyuqlu pizza

X.Cabbarova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!