Sumqayıtda qayınata və qayınanasını yaralayan kürəkən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda qayınata və qayınanasını yaralayan kürəkən tutuldu

Kriminal

08 İyun 2021 17:55 961


Sumqayıtda kürəkən qayınana və qayınatasına xəsarət yetirib.

Yenisabah.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri ərazisində iyunun 3-də Namiq Ələkbərov qayınatası və qayınanasına yaşadıqları evdə xəsarət yetirib. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Namiq Ələkbərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib Sezar pizza

Hazırda Sumqayıt şəhər Polis İdarəsində istintaq davam edir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!