Sumqayıtda sərnişin avtobusunun vurduğu piyada üç gün komada qalıb

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda sərnişin avtobusunun vurduğu piyada üç gün komada qalıb

Hadisə

15 Mart 2025 13:37 243


Sumqayıtda avtobus vurması nəticəsində ölən piyada Səringül Həsənova üç gün koma vəziyyətində qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə martın 11-i saat 16:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1949-cu il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub. pizza

Koma vəziyyətində olan pasiyentə kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozları təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, martın 14-ü saat 10:20-da pasiyentin ölüm faktı qeydə alınıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!