Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun təmirinə başlanılıb.
“Yeni Sabah” xəbər verir ki, artıq yeni arenanın necə olacağı ilə bağlı fotolar da yayılıb.
Bəzi layihə fotolarını AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin üzvü Anar Xanlarov yayıb. Arena ilə bağlı 2-3 layihə planı təqdim edilib və yaxın günlərdə onlardan biri qəbul ediləcək. Hazırda isə stadionun sökülmə işləri davam etdirilir. pizza mizza
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdı. Sərəncamla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılmışdı.
Sözügedən layihə fotolarını təqdim edirik:


Telegram kanalımız