Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb - Foto

Kriminal

02 Avqust 2020 13:42 919


Sumqayıtda soyğunçuluq faktının üstü isti izlərlə açılıb.

Yenisabah.az xəbər verir ki, şəhər sakini Nərgiz Abbasova Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edərək ona məxsus 860 manat pulun marşrutda oğurlandığını bildirib.

Polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1979-cu il təvəllüdlü Ceyhun Əhmədli olduğu müəyyən olunub. Saxlanılan şəxs 25 nömrəli marşrut avtobusunda qadına qarşı soyğunçuluq etdiyini etiraf edib. Marqarita pizza

Davam etdirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda vətəndaş Ülkər Məmmədovadan 50 manat pul, dəyəri 350 manat olan mobil telefon, Lalə İbrahimovadan bir ədəd telefon və Şəmrus Səlimovadan 640 manat pulu soyğunçuluq yolu ilə əldə edib.

Bu C. Əhmədlinin ilk məhkumluğu olmayacaq. Belə ki, o müxtəlif maddələrlə 8 dəfə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxsin əməllərindən zərərçəkənlərin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin (018) 65 4 42 03 telefon nömrəsinə zəng vurmaları xahiş olunur. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!