Sumqayıtda tikiləcək güzəştli mənzillər barədə YENİ XƏBƏR - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda tikiləcək güzəştli mənzillər barədə YENİ XƏBƏR - Video

Sosial

03 Fevral 2020 19:18 1472


Sumqayıtda, güzəştli mənzillərin tikilməsi üçün ayrılmış ərazidə işlər aparılır. Mənzil İnşaatı Dövlət Agentliyinin bu layihəsindəki 2 ədəd doqquzmərtəbəli yaşayış binasında 144 mənzil olacaq.

"Yeni Sabah" xəbər verir ki, Sumqayıtda iki çoxmərtəbəli bina, güzəştli mənzillərin inşası həyata keçirilir.

Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır. Sezar pizza

Bir otaqlı mənzillərin sahəsi 35, ikiotaqlı mənzillərin sahəsi 56, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.

İşlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!