Sumqayıtda xəsarət alanların son vəziyyəti - TƏBİB-in məlumatı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda xəsarət alanların son vəziyyəti - TƏBİB-in məlumatı

Hadisə

03 Dekabr 2024 11:27 760


Sumqayıtda partlayışda xəsarət alan şəxslərin sağlamlığına dair məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, 6 nəfər (4 kişi cinsli, 2 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.

TƏBİB-in yaydığı məlumatda bildirilir ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar. Marqarita pizza

Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.

Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!