Sumqayıtda yanan şadlıq sarayı kimindir?

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda yanan şadlıq sarayı kimindir?

Maraqlı

04 Avqust 2023 16:26 2473


Sumqayıtda bu gün yanğının baş verdiyi "Green house" şadlıq sarayının sahibi məlum olub.

Yenisabah.az Cebhe.info-ya istinadla xəbər verir ki, şadlıq sarayı "Nyu Sfera” şirkətlər qrupunun tərkibinə daxildir.

Onun prezidentinin İman Quliyev olduğu da deyilir. pizza sifarişi

İddialara görə, biznesmen həm də  "Xalqlar Dostluğu” yarmarkasının, İsmayıllıda yerləşən "Green House" istirahət mərkəzinin də sahibidir.

“Nyu Sfera-Nəqliyyat” MMC, “Nyu Sfera-Turizm” MMC-yə şəxsən rəhbərlik edir. Qrupun özünə isə “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray”) və bir restoran da (“Yay” restoranı) İman Quliyevə aid biznes şəbəkəsinin tərkib hissəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!