Sumqayıtda yataqxanada partlayış oldu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda yataqxanada partlayış oldu

Hadisə

29 Sentyabr 2024 20:48 716


Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Dominos pizza

Sakinlər binadan təxliyə ediliblər. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonunun partlaması göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!