Sumqayıtda yataqxanada yanğın söndürüldü, tüstüdən zəhərlənənlər var

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda yataqxanada yanğın söndürüldü, tüstüdən zəhərlənənlər var

Hadisə

18 Yanvar 2024 01:17 575


Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib. pizza

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.

İki qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub. Briqadalar hazırda hadisə yerindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!