Sumqayıtdan Bakıda gələn yeni avtobus fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtdan Bakıda gələn yeni avtobus fəaliyyətə başladı

Sosial

12 Noyabr 2025 08:03 606


Bu gündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilib.

“Yeni Sabah” xəbər verir ki, 500 nömrəli müntəzəm avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürür, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edir.

Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi müəyyən edilib. pizza

Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərir.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edir. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçirilir, gedişhaqqı 0,80 AZN müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!