Azərbaycan Premyer Liqasında III tura start götürüb.
Yenisabah.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Keşlə” - “Qəbələ” oyununda hesab açılmayıb. pizza sifarişi
“Səbail” isə Sumqayıtda eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Zirə” “Sabah”ı, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
III tur
19 sentyabr (şənbə)
“Qəbələ” – “Keşlə” - 0:0
Qırmızı vərəqə: Nikolas Raysel, 67
“Sumqayıt” – “Səbail” - 2:1
Qollar: Süleyman Əhmədov, 9, Əli Qurbani, 32 - Rauf Əliyev, 21
Telegram kanalımız