“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev xəstəxanaya yerləşdirilib.
Bu barədə “Yeni Sabah”a 25 yaşlı yarımmüdafiəçinin komanda yoldaşı Amil Yunanov məlumat verib. Hücumçu bildirib ki, hazırda V.Mustafayevin vəziyyəti yaxşıdır:
“Dizindən əməliyyat olunub. Antalyada məşq toplanışı zamanı zədələnib. Yüngül zədədir. Hazırda isə vəziyyəti yaxşıdır”. pizza
Qeyd edək ki, “Sumqayıt” Antalyadakı təlim məşq toplanışından qayıdıb. “Kimyaçılar” Premyer Liqanın 15-ci turu çərçivəsində “Neftçi” ilə keçiriləcək matçın hazırlıqlarına başlayıb. Şəhriyar Əliyev və Vüqar Mustafayev zədə səbəbi ilə məşqdə iştirak edə bilməyib.
Naibə

Telegram kanalımız