“Sumqayıt”ın kapitanı 30 yaşında karyerasını başa vuracaq

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt”ın kapitanı 30 yaşında karyerasını başa vuracaq

İdman

16 May 2025 23:05 516


"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını dizindəki zədə səbəbindən başa vurur.

Bunu Oxu.Az-a açıqlamasında "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev bildirib.

"Vüqar Mustafayev daha əvvəlki müsahibələrində də bu barədə məlumat vermişdi. Futbolçunun dizi əməliyyatlı olduğundan son iki mövsümdə ağrıları azalsın deyə meydana çıxmadan əvvəl iynə vururdu", - deyə Z.Xudiyev bildirib. Dominos pizza

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Gənclik şəhəri" təmsilçisinin formasını geyinir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!