Sumqayıtın uğuru: hər 10 abituriyentdən 8-i tələbə adını qazandı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtın uğuru: hər 10 abituriyentdən 8-i tələbə adını qazandı

Sosial

19 Avqust 2019 10:22 1438


Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. 

“Yeni Sabah”a daxil olan məlumata görə, 3 məktəbin bütün şagirdləri ali məktəblərə qəbul olub. Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və “İstedad” liseyinin bütün məzunları tələbə adını qazanıb. Texniki və Təbiət Elmlər Liseyinin 25 şagirdi, əbiət Elmləri Təmayüllü Gimnaziyanın isə 26 şagirdi 600-dən çox bal toplayıb.

5 təhsil müəssisəsi isə qəbul imtahanlarının birinci mərhələsində 90 faizdən çox nəticə göstərib. Toyuqlu pizza

Qəbul imtahanlarının birinci mərhələsində ümumilikdə 151 məzun 600-dən yuxarı toplayıb.

Qeyd edək ki, statistik məlumatların təhlili göstərir ki, bu il Qəbul imtahanlarında iştirak edən 10 abituriyentdən 8-i tələbə adını qazanıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!