Sumqayıtlı gənclər Emin Hacıyevi hərarətlə qarşıladı - Məşhurlar dəstək verdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtlı gənclər Emin Hacıyevi hərarətlə qarşıladı - Məşhurlar dəstək verdi - Fotolar

Siyasət

02 Fevral 2020 13:52 2313


Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Emin Hacıyevin seçiciləri ilə növbəti görüşü keçirilib. Bu dəfə sumqayıtlı gənclərlə görüşən E.Hacıyevi gənclər hərarətlə qarşılayıb, ona dəstək olduqlarını ifadə ediblər.

"Yeni Sabah" xəbər verir ki, görüşdə iştirak edən prodüser, aktyor, Xalq artisti Murad Dadaşov, Xalq artisti Tünzalə Ağayeva, yazıçı Günel Anarqızı, tanınmış teleaparıcı, "Həyat Fondu"-nun rəhbəri Nuran Hüseynov, Karate idman növü üzrə 5 dəfə dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev, Sumqayıt Dövlət Universitetinin müəllimi, dosent Elmar Xəlilov, sumqayıtlı gənc şair Elvin Əlizadə millət vəkilliyinə namizəd Emin Hacıyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərindən bəhs edib, gəncləri gənc namizədə dəstək olmağa çağırıblar.

Daha sonra çıxış edən Emin Hacıyev qeyd edib ki, son 16 ildə cənab Prezident İlham Əliyevin “neft gəlirlərini insan kapitalına çevirməliyik” tezisi konseptual şəkildə icra edilib və bu dövr tarixdə Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsi kimi qalacaq. Bu gün ölkəmizdə gənclər siyasəti gənclərin özünü inkişaf etdirməsinə, bilik və bacarıqlarını tam olaraq realizə etməsinə imkan verir.  Sezar pizza

“Ümummilli lider Heydər Əliyev Sumqayıtı istedadlı gənclər şəhəri adlandırıb. Bu, həqiqətən də belədir, sumqayıtlı gənclər istedadları, intellektləri, zəhmətkeşlikləri ölkənin ən aparıcı qurumlarında, şirkətlərində mühüm vəzifələrdə çalışırlar. Mənim seçicilərim arasında da belə gənclər üstünlük təşkil edir. Etimad göstərilib, millət vəkili seçiləcəyim təqdirdə biz həmin gənclərlə sıx işləyəcəyik” – deyə Emin Hacıyev qeyd edib.

Platformasının başlıca tezislərinə toxunan namizdə daha sonra gəncləri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!