Süni qiymət artımına görə xəttə buraxılan mikroavtobusları bu hala saldılar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Süni qiymət artımına görə xəttə buraxılan mikroavtobusları bu hala saldılar - Foto

Sosial

02 Sentyabr 2019 12:30 1371


Bir neçə şəxs Biləsuvar-Bakı xəttinə buraxılmış yeni mikroavtobusların təkərlərini deşib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Biləsuvar avtovağzalında anoloji hadisə bir neçə ildir təkrarlanır. Avtovağzal tərəfindən süni qiymət artımına və qanunsuz sərnişindaşımaya qarşı mübarizə məqsədilə xəttə buraxılan yeni mikroavtobusların təkərləri qəsdən yararsız hala salınıb. Ərazidəki təhlükəsizlik kameraları mikroavtobusun təkərlərini yararsız hala salan şəxslərdən birini müəyyən etməyə imkan verib. Avtovağzal rəsmisi görüntülər əsasında hadisəni törədən şəxsin Elçin Məmmədov olduğunu bildirir. Sürücülər isə əlavə edir ki, bu şəxs tək deyil və onun kimi bir neçə şəxs Bakıda və Biləsuvarda qanuni fəaliyyət göstərən sürücüləri təhdid edir, müxtəlif üsullarla maneələr yaradırlar. Xüsusən də bayram günlərindəki sərnişin sıxlığını fürsət bilən sözügedən işbazlar qiymətləri süni şəkildə qaldırırlar. Sərnişinləri narahat edən bu qanunsuz fəaliyyətin qarşısını almaqdan ötrü Biləsuvar avtovağzalında xəttə yeni marşrutlar buraxılıb. Rayondan paytaxta üz tutan sərnişinlərə Tarif Şurası tərəfindən məbləği təsdiqlənmiş 4 manat 40 qəpiklik biletlər təklif edilib.

Biləsuvar Rayon Polis Şöbəsinə faktla bağlı məlumat verilib. Hadisəni törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!