“Sünik bölgəsi böyük oyunçuların maraqlarının toqquşduğu arenaya çevrilib”   - Tiqran Abrahamyan

saytların hazırlanması

Evə çatdırılma

“Sünik bölgəsi böyük oyunçuların maraqlarının toqquşduğu arenaya çevrilib” - Tiqran Abrahamyan

Rəsmi

18 May 2021 15:45 1543


“Ermənistanın Sünik bölgəsi böyük oyunçuların maraqlarının toqquşduğu arenaya çevrilib”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu mayın 18-də jurnalistlərlə keçirdiyi görüşdə “Anaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan deyib.

Onun fikrincə, Syunikdəki proses xarici oyunçular üçün bölgədə, əsasən, Rusiya və İranın təsirini zəiflətməyə yönəlmiş amil halına gəlib. pizza mizza

Tiqran Abrahamyan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın Dağlıq Qarabağda çoxmillətli sülhməramlı kontingenti görmək istəyi ilə bağlı açıqlamasını xatırladıb. Onu sözlərinə görə, bu, Rusiyanın bölgədəki təsirini zəiflətməyə yönəlmiş istəkdir.

Ekspert vurğulayıb: “ABŞ və Fransa, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələr olaraq həm də Moskvanın təsirini bir qədər zəiflədərək proseslərdəki rollarını bərpa etməyə çalışırlar. Rusiya da, öz növbəsində, xarici işlər naziri Sergey Lavrovun dili ilə bütün prosesin nəzarəti altında olduğunu və xarici qüvvələrin müdaxiləsinə ehtiyac olmadığını nümayiş etdirib”.

Tiqran Abrahamyanın proqnozlarına görə, Azərbaycanla demarkasiya prosesi on illər davam edə bilər ki, bu da uzunmüddətli qeyri-sabitlik riski yaradır.

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!