Supermarketlərdə müştəri qıtlığı yaşanır - Video

saytların hazırlanması

Evə çatdırılma

Supermarketlərdə müştəri qıtlığı yaşanır - Video

Sosial

05 Aprel 2020 22:54 1094


Bakıda fəaliyyət göstərən supermarketlərdə bu gün müştəri qıtlığı yaşanıb.

Yenisabah.az xəbər verir ki, koronavirusla mübarizə məqsədi ilə bu gündən etibarən vətəndaşlar yalnız zəruri hallarda evdən çıxa bilirlər və bu da SMS vasitəsilə mümkündür.

Xəzər TV-nin çəkilişi zamanı məlum olub ki, xüsusi karantin rejminin tətbiqi marketlərdə də hiss edilib və müştəri sayı olduqca az olub. pizza hut

SMS göndərib zəruri ehtiyacını almaq üçün marketə gələn müştərilər də olub.

Mağaza müdirləri isə deyib ki, anbarlarda kifayət qədər ərzaq var və müştərilər aldıqca boşalan vitrinlər yeniləri ilə doldurulur.

Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!