Bu gün Vətən Müharibəsi şəhidi Səbuhi Əsədovun doğum günüdür. Onun anadan olmasından 22 il ötür.
Şəhidin doğum günü ailə üzvləri və yaxınları tərəfindən onun məzarı önündə qeyd edilib.
Əslən Cəbrayıl rayonundan olan Əsədov Səbuhi Azər oğlu 1999-cu il yanvarın 19-da Bakı şəhəri, Suraxanı rayonunda anadan olub. Marqarita pizza
Şəhidin xidmət etdiyi bölüyün komandiri, baş leytnanat Orxan Cəlilov Yenisabah.az-a açıqlamasında Səbuhini igid, qəhrəman döyüşçü kimi xarakterizə edib:
“Mən 2019-cu ilin avqust ayında 708 nömrəli hərbi hissəyə gəlmişdim, bölüyü təzə tanıyırdım, Əsədov Səbuhi də həmin bölüyə kəşfiyyat bölümündən gəlmişdi. İlk tanışlığımız həmin vaxt olub. Səbuhi çox intizamlı, məsuliyyətli, hərbi tapşırıqları vaxtında və tez yerinə yetirən əsgər idi. Fiziki hazırlığı ən yüksək səviyyədə idi. Səbuhi 4-5 döyüşdə iştirak etdi, Suqovuşan istiqamətində şəhid oldu. O, həmişə döyüşə can atırdı, ən qabaqda gedənlərdən biri idi. Bizim bölükdə “kim daha çox erməni öldürəcək” yarışı gedirdi, Səbuhi də o yarışda olanların birincisi idi. Şəhid olana kimi öz qisasını dəfələrlə almışdı”.
Baş leytnant Səbuhinin şəhid olduğu günü belə xatırlayıb:
“Səbuhi Suqovuşan istiqamətində snayperlə vuruldu. Sol gözündən vurulmuşdu. Döyüşün ortasında idik, düşmən postuna girməyimizə az qalmışdı. Ermənilərin səngərinə çatmağımıza haradasa, 15-20 metr qalmışdı, amma düşmən snayperlərlə bizi atəşə tuturdu. Həmin vaxt bizim tabordan başqa şəhidlər də oldu. Döyüş vaxtı qumbaraatanla düşmənin bizi atəşə tutduğu snapyerlər tərəfə atəş açılmalı idi ki, toz-duman yaransın və biz həmin postu alaq. Bu işi Səbuhi öz öhdəsinə götürdü. Bu təhlükəli əməliyyat idi, Səbuhi isə dedi ki, bunu mən edəcəyəm. Qumbaraatanla qalxıb, dizi üstə gedərək əməliyyatı icra etmək özü-özünü ölümə atmaq deməkdir. Lakin o könüllü qalxaraq düşmən snayperlərinə tərəf qumbaranı atdı. İkincini atmaq istəyəndə bacarmadı, çünki düşmən snayperi onu gözündə vurdu, yerindəcə şəhid oldu. O bilirdi ki, şəhid olacaq, bunu bilə-bilə qorxmadan bu addımı atdı. O şəhid olandan sonra digər qumbaraatanı əsgər Əliyev Mahmud götürüb atışı davam etdirdi”.
Şəhid Səbuhi Əsədov göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə (ölümündən sonra) təltif edilib.
Allah rəhmət eləsin!
Əsmətxanım
Telegram kanalımız