Suraxanıda küçədə söyüş söyən şəxslərlə mübahisə edən şəxs bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda küçədə söyüş söyən şəxslərlə mübahisə edən şəxs bıçaqlandı

Hadisə

29 Yanvar 2020 22:26 1637


Bakının Suraxanı rayonunda orta yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

Bəydəmirov küçəsində iki nəfər mübahisə edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. pizza

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!