“Sürdüyüm maşın kirayə, geyindiyim paltarlar isə mənim deyil” - Mehriban Xanlarova

saytların hazırlanması

Evə çatdırılma

“Sürdüyüm maşın kirayə, geyindiyim paltarlar isə mənim deyil” - Mehriban Xanlarova

Şou

29 Fevral 2024 20:20 1093


“Sosial şəbəkələrdə haqqımda yazırlar ki, Mehriban Xanlarova efirlərə çıxıb gündə bir paltar geyinir və gözlük taxır. Mən verilişlərə qonaq gedirəm. Gözəl görsənmək istəyirəm, niyə də geyinməyim? Məndə seçilən odur ki, hər geyimə uyğun gözlük taxmağımdır”.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.

Aktrisa haqqında söylənilən “gündə bir geyim geyinir” fikirlərinə cavab verib. Xanlarova bildirib ki, nə geyindiyi geyimlər, nə də ki, idarə etdiyi avtomobil ona aiddir: Dördpendirli pizza

“Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” verilişində mənə sual verdi ki, “Bu geyimlər sənin deyil?” Cavab verdim ki, “Xeyr! Mənim deyil. Hətta taxdığım bu gözlük də mənim deyil”.

Bunu niyə yalan deyim ki? Gərək, mən multimilyarder olum ki, gündə bir paltar alım. Hazırda sürdüyüm avtomobil də mənim deyil. Avtomobil salonlarının birindən onu kirayəyə götürmüşəm. Aldığım maaşı və əlimə 1-2 manat düşən kimi ancaq ailəmə xərcləyirəm. Mən heç zaman istəmərəm ki, anam adi bir duza görə qonşuya ağız açsın, qapı döysün. Özüm yeməsəm də olar”./Bizim.Media 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!