Sürət həddini pozan sürücülərə yeni cəza

saytların hazırlanması

Evə çatdırılma

Sürət həddini pozan sürücülərə yeni cəza

Dünya

27 Sentyabr 2019 05:16 1210


Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq “sakitləşdirici tənəffüs” adlandırıblar.

Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!