Sürətli nəqliyyat vasitələri üçün ilk asma körpü

saytların hazırlanması

Evə çatdırılma

Sürətli nəqliyyat vasitələri üçün ilk asma körpü

Hadisə

11 Dekabr 2020 11:34 881


Çinin şərqindəki Cianqsu əyalətində, Yanqtze çayı üzərindən inşa edilən Vufenqşan asma körpüsü bu gündən istismara verilib.

Yenisabah.az xəbər verir ki, həmin qurğu dünyanın sürət qatarlarının hərəkəti üçün əlverişli olan ilk asma körpüsü, Çinin isə həm dəmir yolu, həm də avtomobil yolunun keçdiyi ilk asma körpüsüdür.

Ümumi uzunluğu 6,4 km olan körpünün baş aşırımı 1 092 m uzunluğundadır. Körpünün üst mərtəbəsindən 100 km/saatadək sürət həddi tətbiq edilən 8 zolaqlı avtomobil yolu, aşağı mərtəbəsindən isə 250 km/saatadək hərəkət sürəti tətbiq edilən Lianjen sürət dəmir yolu xətti keçir. Sezar pizza

Layihəsi Çin Dəmir Yolları Körpü Mühəndisliyi İnstitutunda hazırlanmış yeni körpü Çin Dəmir Yolu Körpüləri Bürosu tərəfindən 5 ilə inşa edilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!