Suriya deyil, Bakıdır... – Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Suriya deyil, Bakıdır... – Fotolar 

Sosial

17 Yanvar 2020 05:50 1568


Artıq xeyli vaxtdır ki, keçmiş Sovetski adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır. 

“Yeni Sabah” xəbər verir ki, bununla bərabər Təzə Pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Həmin ərazidən keçəndə  çox acınacaqlı mənzərə görünür. 

Ayrı-ayrı yerlərdə söküntülər arasındakı evlər müharibə dövründəki xarabalıqları xatırladır. Bu ərazidəki M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələri palçığın içindədir, piyadaları demirəm, heç maşınla keçmək mümkün deyil. Allahın evinə getməyə vətəndaşlar əziyyət çəkirlər.   Pepperoni pizza

Səbəb isə çox sadədir.  Ərazidə qalmış evlərin sahiblərinin verilən kompensasiyalar və əlavə ödənişlərlə razılaşmaması, ağlasığmaz məbləğlərin tələb edilməsidir. Böyük bir ərazidə abadlıq-quruculuq işlərinin aparılması, küçələrin yenilənməsi, yaxınlıqdakı binalarda yaşayanların təmizliyə çıxmasına mane olan isə 10-15 nəfərin köçməməsidir.

Ərazidən fotoları təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!