Suriya ermənisinin Azərbaycanda nə iti azıb? 

saytların hazırlanması

Evə çatdırılma

Suriya ermənisinin Azərbaycanda nə iti azıb? 

Rəsmi

04 Mart 2021 07:39 1532


Erməni diasporundan olan iş adamı Vahe Keushgueryan Qarabağda yaşamağa qərar verib.

Bunu erməni iş adamının özü sosial mediaya verdiyi açıqlamada bildirib. Vahe Keushgueryanın Qarabağa köçməsi səbəbsiz deyil. Qondarma “DQR”-ın “prezidentii Arayik Harutyunyan 19 fevral tarixində fərman imzalayaraq, onu özünün “könüllü müşaviri” götürüb. Fərmana görə, o, Qarabağın “iqtisadi inkişafı”nda guya mühüm rol oynamaq üçün bu “vəzifəyə” gətirilib. Başqa təbirlə desək, Arayikin iqtisadi məsələlər üzrə müşaviri olacaq.

Keushgueryan 8 Mart 1957-ci ildə Suriyanın Xüms şəhərində anadan olub. İş fəaliyyətinə İtaliyada başlayıb, Toskana və Pulia bölgələrində şərab şirkətlərini qurub. 2009-cu ildə ailəsi ilə birlikdə Ermənistana köçüb və “Semina Consulting” şərabçılıq və konsaltinq şirkətini qurub. İş adamı eyni zamanda “Karas”, “Kataro”, “Koş” “Zulal”, “Oşin” kimi müxtəlif şərab istehsalı layihələrinin yaradılması prosesində iştirak edib. Toyuqlu pizza

Hal-hazırda Vahe Keushgueryan yüksək keyfiyyətli şərab istehsal edən “Vine Works şirkətinin sahibidir. O, həmçinin bir sıra digər icma layihələrinin və inkişaf proqramlarının müəllifidir.

Sözsüz ki, Suriya ermənisi olan bu adam Qarabağa yerli sakinlərə gün ağlamağa gəlmir. Keushgueryanı bu diyara cəlb edən Qarabağın üzümçülük üçün yararlı torpağı, işçi qüvvəsinin ucuzluğudur. Qısası, Qarabağın bərəkətli torpaqlarında qaz vurub qazan doldurmağa gəlir.

Amma bunun üçün Azərbaycandan icazə alıbmı? Axı, o torpaqlar bizimdir və 10 noyabr imzalanan 3 tərəfli bəyanata görə, yalnız sovet hakimiyyəti illərində Qarabağda yaşayan ermənilər və onların övladları bu ərazilərdə məskunlaşa bilərlər.

Suriyadan hansısa bir erməninin Qarabağa gəlməsi, əvvəla, 3 tərəfli sazişə ziddir.

İkincisi, bu adamın Araikin fərmanı ilə qondarma “respublika”nın “prezidenti”nin müşaviri təyin olunması Azərbaycanın suverenlik hüquqlarının tapdalanması deməkdir.

Bəs, Azərbaycan XİN niyə susur? Niyə rəsmi Bakı Qarabağda erməniləri məskunlaşdırma işinə baxan Moskvadan “sülhməramlı” özbaşınalıqları yığışdırmağı tələb etmir? /Ovqat


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!