Suriya Rusiya, İsrail və İrandan məhsul idxalını qadağan etdi

saytların hazırlanması

Evə çatdırılma

Suriya Rusiya, İsrail və İrandan məhsul idxalını qadağan etdi

Dünya

18 Yanvar 2025 22:56 246


Suriya Rusiya, İran və İsraildən məhsul idxalını qadağan edib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə "Al Araby" telekanalı Suriya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bununla yanaşı, İran və İsrail vətəndaşlarının sərhəd-keçid məntəqələri, eləcə də limanlar vasitəsilə Suriyaya girişini qadağan olunub. Dominos pizza

Bildirilir ki, bu ölkələrdən gələn məhsullar müsadirə ediləcək.

Qeyd edək ki, Suriyanın yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasından ölkənin bərpası üçün kömək istəyib. Eyni müraciət BRICS üzv ölkələrinə də edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın sonlarında müxalifətin birləşmiş qüvvələri Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar paytaxt Dəməşqə daxil olaraq Bəşər Əsəd rejimini deviriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!