Suriyada amerikalı hərbçilər güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Suriyada amerikalı hərbçilər güllələndi

Dünya

13 Dekabr 2025 19:19 833


Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi və bir neçə amerikalı hərbçi yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "SANA" təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, birgə patrul xidməti zamanı silahlı şəxs əsgərlərə atəş açıb. O, dərhal öldürülüb. Hadisənin motivi ilə bağlı heç bir məlumat yoxdur. pizza sifarişi

Atışmadan sonra Deyr əz-Zor-Dəməşq avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Amerika helikopterləri yaralıları Əl-Tanf şəhəri yaxınlığında (Dəməşqdən 250 km məsafədə) ABŞ və Qərb koalisiyasının hərbi bazasına təxliyə etmək üçün hadisə yerinə gəlib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!