Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda, cinayətkar birlik yaratmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilənlərin hər birinə 9 il azadlıqdan məhrumetmə cəzası verilib. Sezar pizza
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onların 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs edilib.
Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.
Onlara Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.
Telegram kanalımız