Suriyada regional müharibə ehtimalı güclənir.
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Dəməşqin tələbi olduğu təqdirdə, Suriyaya İran ordusunun göndərilməsinin nəzərdən keçiriləcəyini bildirib. Eyni zamanda, İraq-Suriya sərhədində “Haşdi Şəabi” qüvvələri bu ölkəyə giriş siqnalı gözləyir. Artıq iraqlı parlamentarilər rəsmi Bağdada hərbi müdaxilə səlahiyyəti verib.
Bu gün Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplanması gözlənilir. Ankara Suriya ilə bağlı hansı qərara verəcək? pizza sifarişi
AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi araşdırmaçı şərqşünası Samid Bağırov "Yeni Sabah"a bildirib:
“Regional müsəlman dövlətlərinin bir çoxu bu məsələdə Qərb, İsrail və NATO ilə yanaşı, Türkiyəni də qınayır. Amma Türkiyəni açıq və ya üstüörtülü qınayan təkcə İran və İraq deyil, eyni zamanda, Ərəb Dövlətləri Liqasıdır. Liqa müxtəlif instansiyalarda 2 dəfə bəyanat verərək, rəsmi Dəməşqin və Suriya dövlətçiliyinin tərəfində olduğunu bildirib.
Maraq məqam budur ki, Türkiyə və Ərəb Dövlətləri Liqası arasında olan problem təkcə indi yox, Liviya məsələsində də eyni təzad və siyasi qarşıdurma formasında özünü göstərib. Doğrudur, regionda olan ölkələrin hər birinin Suriyada öz maraqları var.
Türkiyə Suriyanın şimalında separatçı kürd qruplaşmalarının fəal olmasından narahatdır. Eyni zamanda, Türkiyə Suriyada əksəriyyəti sünni olan ictimai bazanın kənarda qalmasından narahatçılıq bildirir. Amma son günlər baş verən yeni toqquşmalarda daha çox Qərbin və İsrailin maraqlarına xidmət edir. Misal üçün, “Ərəb baharı” dövrünün dalğası Liviyadan da keçdi. O zaman Qəddafini devirmək üçün islamçı üsyançılara dəstək təkcə bir sıra ərəb dövlətləridən deyil, Türkiyədən də gəlirdi. Ancaq NATO-dan da böyük dəstək vardı.
Artıq 12 il keçib və bu müddət ərzində Liviyada demək olar ki, 3 hərbi-siyasi əraziyə bölünüb. Göründüyü kimi, onların bu təşəbbüsü əks-nəticə verib. Ona görə mənə elə gəlir ki, Suriyada aparıcı qüvvəsi radikal silahlı birləşmələr olan silahlı müxalifətin hərəkətlənməsində Suriya dövlətinin ərazisinin parçalanması təhlükəsi yaranıb. Bunun faydasını daha çox Qərb ölkələri, NATO və İsrail görəcək.
Digər bir məqam isə odur ki, bölgənin və regionun artıq yeni münaqişə ocağı görməyə dözümü yoxdur. Çünki bölgədə illərdir qan axır. 2017-2018-ci illərdə Suriyada, “Astana prosesi”nə əsasən, atəşkəs zonası yaradılanda bölgəni öz cənginə almış sünni-şiə qarşıdurması artıq aradan götürüldü. Amma düşünürəm ki, son hərəkətlənmədə həmin o köhnə kabus yenidən dolaşa bilər”.
Nazim Hacıyev
Telegram kanalımız