Suriyanın Hələbə bağlı Jarabulus bölgəsinə iki bombalı hücum təşkil edilib.
Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si uşaq olmaqla 20 nəfər yaralanıb.
Yerli mənbələr ilk partlayışın uzaqdan idarəetmə vasitəsi ilə bomba yüklü bir avtomobildə, ikincinin isə motosiklda baş verdiyini açıqlayıb. Sezar pizza
Partlayışdan sonra hadisə yerinə xilasetmə qrupları cəlb edilib və yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Hadisənin terror təşkilatı PKK tərəfindən törədildiyi güman edilir.
Telegram kanalımız