Suriyada prezidentliyə namizədlərin yeddisi qadındır

saytların hazırlanması

Evə çatdırılma

Suriyada prezidentliyə namizədlərin yeddisi qadındır

Dünya

01 May 2021 13:36 743


Suriyada prezident seçkilərində iştirak edəcək namizədlərin sayı 51 nəfərə yüksəlib.

Yenisabah.az xəbər verir ki, aprelin 28-də namizədlərin qeydiyyatı prosesi tamamlanıb.

Rəsmi məlumata görə, 7-si qadın olmaqla namizədlərin ümumi sayı 51 nəfərə çatıb. Marqarita pizza

Suriyadakı prezident seçkilərində iştirak etmək istəyənlər parlamentin 250 üzvündən 35-nin razılığını almalıdırlar. Bundan başqa, Konstitusiyasına görə, prezidentliyə namizəd olmaq istəyən hər kəsin 40 yaşı, Suriya vətəndaşlığı, qeyri-suriyalı ilə nikahda olmaması və ölkədə ən azı 10 il yaşaması tələb edilir.

Seçkilər mayın 26-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!