Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Sülh bulağı” antiterror əməliyyatının 3-cü günündə Türkiyə tərəfi itkilər verib.
"Yeni Sabah" Tükiyə KİV-lərinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.
Məlumata görə, terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb. Pepperoni pizza
Xatırladaq ki, terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində isə 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb.
Telegram kanalımız