Suriyadan 13 azərbaycanlı qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Suriyadan 13 azərbaycanlı qaytarıldı

Siyasət

04 İyun 2025 17:15 407


İyunun 3-də Suriyaya getmiş 13 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti dəqiq müəyyən edilib. pizza

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!