Suriyadan sonra Zəngəzur... - İrəvanda qorxu var, hədəfdə Ermənistandır

saytların hazırlanması

Evə çatdırılma

Suriyadan sonra Zəngəzur... - İrəvanda qorxu var, hədəfdə Ermənistandır

Siyasət

05 Dekabr 2024 09:25 1068


Suriyada baş verənlər, xüsusilə İranın mövqelərinin zəifləməsi, əvəzində Türkiyənin güclənməsi Ermənistanda qorxu yaradır.

Publika.az xəbər verir ki, erməni siyasi ekspert cameəsi Türkiyənin növbəti hədəfinin Zəngəzur dəhlizi olacağını iddia edir.

Erməni türkoloq Mher Abramyan iddia edir ki, Türkiyı Suriyadakı məqsədinə çatarsa, bütün qüvvələrini Sünik üzərindən dəhliz (Zəngəzur dəhlizi) açmağa yönəldəcək. Toyuqlu pizza

“Türkiyənin planında növbəti addım Zəngəzur dəhlizi layihəsinin reallaşmasıdır. Mümkündür ki, Türkiyə Suriyadakı prosesləri yekunlaşdırdıqdan sonra istənilən yolla Zəngəzur dəhlizini açmağa çalışacaq. Müxtəlif yollara əl atıla bilər. Türkiyənin Ermənistanı hədəfə götürməsini əsaslandıracaq birdən çox səbəb tapa bilərlər”, - erməni ekspert iddia edib.

Qeyd edək ki, erməniləri xüsusilə İranın mövqelərinin zəiflməsi narahat edir. Çünki zəifləyən İran Zəngəzur dəhlizi layihəsinə qarşı mövqeyini dəyişə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!