“Suriyada hazırda vəziyyət dəyişib. Hökumət qoşunlarının vəziyyəti ağırlaşıb. Müxalifətin əks-hücumları daha şiddətli xarakter alıb. Belə görünür ki, Bəşər Əsəd hökuməti çökəcək".
Bunu "Yeni Sabah"a politoloq Zərdüş Əlizadə deyib.
Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi xəbərindən sonra Suriya Liviyanın vəziyyətinə düşməsi htimalı yüksəkdir: pizza sifarişi
"Yəni vətəndaş müharibəsi olacaq. Çünki Suriyada bir-birini tanımayan və silahlı mübarizə aparan qüvvələr var. Son nəticədə bu qarşıdurma Suriyanın bölünməsinə gətirib çıxaracaq.
Düşünmürəm ki, Əsəd rejiminin süqutu vətəndaş müharibəsini dayandırsın. Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb. İran isə canının hayındadır. Hazırda Tehran ABŞ və İsrailin sərt reaksiyasından çəkinir. Ona görə də, İranın Suriyaya kömək göstərməyə geniş imkanları yoxdur”.
Z. Əlizadə əlavə edib: “Suriyada Əfqanıstan, daha doğrusu, “Taliban” bənzəri hakimiyyət olmayacaq. Bu ölkəni daha çox Liviyanın aqibəti gözləyir. İfrat dinçilər heç vaxt demokratik dövlət qurmurlar.
Hamıya bəllidir ki, dinçi qrupların “ruhani dədəsi” elə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsidir.
Suriyadakı kürdlərə gəlincə, hazırda onların əlinə çox münbit şərait düşüb. ABŞ-da məhz onlara kömək edir. Lakin kürd qüvvələrində fikir birliyi yoxdur. Ümumiyyətlə, kürdlər çox parçalanmış xalqdır. Həm də Türkiyə imkan verməz ki, “vahid Kürdüstan” yaradılısın. Ancaq hər halda Suriya ərazisinin böyük bir hissəsi kürdlərin nəzarətindədir”.
Nazim Hacıyev
Telegram kanalımız