Suriyanın birinci ledisi ilk dəfə görüntüləndi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Suriyanın birinci ledisi ilk dəfə görüntüləndi - VİDEO

Dünya

04 Fevral 2025 16:25 321


Suriya prezidenti Əhməd Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edərək, Məkkədə ümrə ziyarətini yerinə yetirib. Onu bu mənəvi səfərdə həyat yoldaşı Lətifə Əl Şara və xarici işlər naziri Əsəd Şeybani müşayiət edib.

Yenisabah.az xəbər verir ki, bazar günü Ər-Riyada çatan Şara burada rəsmi görüşlər keçirdikdən sonra Məkkəyə yollanıb. Prezident və xanımı müqəddəs Kəbəni ziyarət edərək ibadət ediblər.

Lətifə Əl Şara ədəbiyyat üzrə ali təhsil alıb və Suriyanın əl-Qəryatayn qəsəbəsində doğulub. Onun intellektual fəaliyyəti və incəsənətə olan marağı Suriya cəmiyyətində yaxından tanınır. Toyuqlu pizza

Bu səfər həm diplomatik baxımdan, həm də şəxsi səviyyədə böyük əhəmiyyət daşıyır və Suriyanın yeni siyasi dövründə atılan mühüm addımlardan biri hesab edilir.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!