Suriyanın yeni lideri ilk xarici səfərini etdi

saytların hazırlanması

Evə çatdırılma

Suriyanın yeni lideri ilk xarici səfərini etdi

Dünya

02 Fevral 2025 22:36 430


Suriyanın keçid dövrünün prezidenti Əhməd aş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

"Əş-Şaraa bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanına ilk xarici səfərə gəlib. Onu xarici işlər naziri Əsəd aş-Şibani müşayiət edir", - agentlik yazıb. Pepperoni pizza

Görüşün məzmunu ilə bağlı məlumat hələ yoxdur.

Eyni zamanda qeyd olunur ki, bu, Suriyanın yeni liderinin ilk xarici səfəri olsa da, daha əvvəl Dəməşqə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Qətər Əmiri Təmim bin Həməd əl-Tani səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!