İrəvanın "Sürməli" ticarət mərkəzində itkin düşən Rusiya vətəndaşı ilə bağlı məlumat təsdiqini tapmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
"Ermənistan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Rusiya vətəndaşı, 1959-cu il təvəllüdlü Lyubov Qribovanın itkin düşməsi ilə bağlı məlumat təsdiqini tapmayıb. O, sağdır və vəziyyəti yaxşıdır", - deyə səfirliyin bəyanatında vurğulanır. Dördpendirli pizza
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvandakı Sürmalu ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. 8 nəfər itkin düşmüş hesab olunur.
Telegram kanalımız