Şurnuxda ermənilər bir evi Azərbaycanın nəzarətinə vermək istəmir

saytların hazırlanması

Evə çatdırılma

Şurnuxda ermənilər bir evi Azərbaycanın nəzarətinə vermək istəmir

Hadisə

03 Yanvar 2021 19:47 1079


Sünikin Şurnux kəndindəki 12 ev deyil, 11 ev yanvarın 5-dək Azərbaycanın nəzarətinə keçəcək.

Yenisabah.az xəbər verir ki, bunu Sünikin qubernatoru Məlikset Poqosyan deyib.

“12 evdən yalnız birini saxlaya bildik, qalan 11 ev isə yanvarın 5-də qarşı tərəfə verilməlidir. Hazırda 9 ailə yerləşdirilib, qalanları da yerləşdiriləcək”, - Poqosyan bildirib. Dominos pizza

Onun sözlərinə görə, erməni tərəfi bu evləri saxlamaq üçün hər şeyi edib:

“Bütün mümkün sənədlər müzakirə olundu. Danışıqlar rus tərəfinin vasitəçiliyi ilə aparıldı”.

Poqosyan bildirib ki, Şurnuxda 12 ailənin yaşaması üçün modul evlər quraşdırılacaq. (Axar.az)

Qeyd edək ki, Ermənistanın Sünik vilayətinin Şurnux kəndində 12 binanın Azərbaycanın ərazisinə düşdüyü təsdiqlənmişdi. Ötən gün Azərbaycan Ordusu ərazidə post quraraq, ermənilərə həmin evləri boşaltmaları üçün yanvarın 5-nə kimi vaxt vermişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!