Surroqat ana və sperma bankı ilə bağlı qanun gəlir   - QMİ “hallallıq“ verdi

saytların hazırlanması

Evə çatdırılma

Surroqat ana və sperma bankı ilə bağlı qanun gəlir - QMİ “hallallıq“ verdi

Sosial

30 Avqust 2019 10:11 1951


Milli Məclisin 2019-cu il payız sessiyasında illərdir müzakirəsi gedən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

"Yeni Sabah" bildirir ki, bu barədə Oxu.Az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, sənəd tam hazırdır və müzakirəyə təqdim ediləcək. Deputat onu da əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi ilə bağlı problemli heç bir məqam qalmayıb. Dominos pizza

Qeyd edək ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə mübahisələrə səbəb olub.

Xüsusilə sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.

Həmin vaxt qanun layihəsinin qəbuluna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. İdarənin təklif və iradları nəzərə alınaraq, bu məsələlər layihədən çıxarılıb. 

Eyni zamanda, QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib. Hazırda QMİ qanun layihəsinin qəbuluna heç bir etiraz etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!