Sürücülər əsassız cərimələrdən narazıdır, AYNA isə yalnız tövsiyə verir

saytların hazırlanması

Evə çatdırılma

Sürücülər əsassız cərimələrdən narazıdır, AYNA isə yalnız tövsiyə verir

Sosial

13 Noyabr 2025 10:07 1188


Yerli sakinlər Nizami rayonundakı Tofiq Abbasov küçəsi, 16-18 ünvanında yerləşən məhəllədə yol nişanlanmasından şikayətçidir.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözügedən məhəllənin yol ayrıcına yanlış olaraq düz ağ xətt çəkilib.

Bu, sakinlərin məhəlləyə giriş-çıxışını çətinləşdirib və müşahidə kameraları vasitəsilə onların avtomobillərinə əsassız cərimələr yazılıb. Sezar pizza

Yerli sakin Yalçın Rüstəmov bildirir ki, məhəllə sakinlərinin dəfələrlə şikayətindən sonra AYNA həmin düz xətti qırıq xəttlə əvəzləyib. Lakin zamanla çəkilən boya aşınıb, nəticədə yol yenidən düz ağ xətt kimi görünməyə başlayıb.

Yalçın Rüstəmov bildirib: “Noyabrın 3-ü mənim və digər sakinlərin avtomobillərinə 100 manat məbləğində, 3 ballıq cərimə yazılıb. Halbuki bu, texniki qüsur nəticəsində baş verir”.

AYNA-dan “Yeni Sabah”a verilən açıqlamada bildirilib ki, qəza hallarının qarşısının alınması məqsədilə sözügedən yol sahəsində giriş-çıxış yerləri məhdudlaşdırılıb.

Qurum sürücülərə alternativ marşrut təqdim edib:

“Nəqliyyat vasitələrinin sürücüləri Tofiq Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsindən geriyə dönməklə, habelə İlham Müzəffəroğlu və Əli Vəliyev küçələrində olan giriş-çıxış yerlərindən istifadə etməklə sözügedən yaşayış ərazisinə daxil ola bilərlər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!