Sürücülərə güclü küləklə bağlı   Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə güclü küləklə bağlı Xəbərdarlıq

Sosial

21 Sentyabr 2019 10:11 868


Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

Bu barədə "Yeni Sabah"a BNA-dan bildirilib.

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir",- deyə məlumatda qeyd edilib. Toyuqlu pizza

Vurğulanır ki, sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər: "Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda sentyabrın 21-i səhərdən 22-si səhərədək güclü şimal küləyi, sentyabrın 22-si gündüz mülayim cənub-qərb küləyi əsəcək. Sentyabrın 21-i axşam, 22-si gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti təşkil edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!