Sürücülərə şad xəbər: Bakıda bu yol 10 ildən sonra açıldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə şad xəbər: Bakıda bu yol 10 ildən sonra açıldı - Video

Sosial

22 Sentyabr 2019 14:28 1017


Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol artıq sürücülərin ixtiyarına verilib.

"Yeni Sabah" xəbər verir ki, şəhərin əsas nəqliyyat qovşaqlarından biri hesab olunan bu yolun açılması həm sürücülərin, həm də piyadaların hərəkətində rahatlıq yaradıb.

Ərazidə metrostansiyanın tikintisi uzun illər idi ki, magistralın bağlı olmasına, dolayısı ilə avtomobillərin hərəkətində maneələrin yaranmasına və tıxaclara səbəb olurdu. pizza mizza

Həmçinin yaxınlıqda yerləşən hərbi xəstəxanaya gediş-gəliş də çətinləşmişdi.

Qeyd edək ki, yolun bağlı olması səbəbindən sürücülər daha çox Tbilisi prospektindən istifadə edirdi və bu da tıxacların yaranmasına gətirib çıxarırdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!