Sürücülərin başına bəla olan 2 başlıca əlamət -   Diqqətli olun

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin başına bəla olan 2 başlıca əlamət - Diqqətli olun

Sosial

20 Noyabr 2019 11:54 1012


“Son 25 ilin yol-nəqliyyat hadisələrini araşdıranda daha bir sabit əlamət görünür: şənbə və bazar günləri ağır nəticəli hadisələr daha çox olur”. 

"Yeni Sabah" xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O, qəzaların həftənin istirahət günlərində baş verməsinin səbəblərini belə izah edib:

“Həftə boyu baş verən hadisələrin təxminən 30 faizi bu iki günün payına düşür. Məhz həmin günlər yollarda daha diqqətli olmaq lazımdır. Həmin iki gün hadisələrin daha çox olmasını şərtləndirən 2 başlıca əlamət var: Sezar pizza

1. Bakıda və Bakı ətrafında, eləcə də Sumqayıtda, Gəncədə və bəzi digər şəhərlərimizdə tıxac və sıxlıq, demək olar ki, olmur. Ona görə də küçə və prospektlərdə nisbətən yüksək sürətlə hərəkət mükün olur.

2. Şəhərlərarası yollarda hərəkətlilik artır, çünki istirahət günləri rayonlara gedənlər daha çox olur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!