Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda

Sosial

28 Sentyabr 2024 23:25 1009


Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda sürücülərin Azadlıq prospekti və Məsud Davudoğlu küçələrinin kəsişməsində işıqforda qırmızı işıqda qalmamaları üçün bilməli olduqları qayda haqqında məlumat verilib.

Belə ki, sözügedən kəsişmədə işıqforda əsas işıq qırmızıdır, lakin sağa daimi olaraq yaşıl işıq yanır. Bu zaman sürücülər qırmızı işıqda qalmamaq üçün sağa manevr etməli və yarımdairəyə daxil olandan sonra yenidən hərəkətlərini Azadlıq prospekti istiqamətində davam etdirməlidirlər. pizza sifarişi

Azadlıq prospekti və Məsud Davudoğlu küçələrinin kəsişməsində olan sözügedən yarımdairə qaydaları bilən sürücülərin köməyinə gəlir, çünki burada hərəkətin təşkili prospektlə qeyd olunan istiqamətdə düzünə getmək istəyən sürücülərin qarşısına heç bir məhdudiyyət qoymur.

Ətraflı süjetdə:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!